Yalançılığın həlli: Allah qorxusu

Bir insanın yalan deyə bilməsinin səbəbi, Allahı lazımınca tanımaması, Ondan qorxub çəkinməməsidir. Hər an Allahın özünü gördüyünü, eşitdiyini bilən, qəlbindən keçənləri, şüur altında olanları, hər an nə düşündüyünü, bu sətirləri oxuyarkən ağlından nələr keçirdiyini bildiyini bilən, bu həqiqəti qavrayan bir insan, heç vaxt yalan danışa bilməz. Allahın özünü əzaba düçar etməsindən qorxub çəkinər. Axirətdə hesabını verə bilməyəcəyi tək bir söz belə söyləməz. Diqqətsizlikdən və ya səhvən ağzından həqiqi olmayan tək bir söz belə çıxsa, dərhal onu düzəldər və Allahdan bağışlanma diləyər.
Yalançıların ən mühüm xüsusiyyəti, axirətə inanmamaları və ya şübhə ilə inanmaları və axirəti çox düşünməmələridir. Allahın, bir ayəsində bildirdiyi kimi; "yalanı təkcə Allahın ayələrinə inanmayanlar uydurar..." (Nəhl surəsi, 105).
Allahı tanıyan bir insan, yalan söyləməkdən ötrü dünyada və axirətdə alına biləcək qarşılıqlardan qorxub çəkinər. Allah Quranın bir çox ayəsində hiylə quranların hiylələrinin puç olduğunu bildirir:

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Təkcə yalançılıq üçün deyil, bir insanın, digər bütün pis əxlaq xüsusiyyətlərini tərk etməsi üçün, Allahdan qorxub çəkinməsi, axirətin varlığına inanması və cəhənnəm əzabından qorxması lazımdır. Allah bir ayəsində; "...sən təkcə Rəbbindən Onu görmədikləri halda “içləri titrəyərək qorxanları” və dosdoğru namazı qılanları xəbərdar edirsən. Kim təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da təkcə Allahadır" (Fatir surəsi, 18) deyərək bu həqiqəti bildirmişdir.
Həmçinin yalançının yalanlarını hər dəfə ifşa etmək, ona inanmış görünərək ona ortaq olmamaq da, həmin insanı yalan danışmaqdan imtina etdirə bilər. Çünki insanlar yalanlarına səs çıxarılmadıqca insanları aldada bildiklərini zənn edir və buna görə də, həm təkəbbürlənir, həm də bu pis xasiyyətlərini tərk etmirlər.

Yalandan imtina etmək və bu məsələdə qətiyyətli olmaq üçün, həmin insan, insanların qarşısındakı vəziyyətinin heç bir əhəmiyyətinin olmadığını da düşünməlidir. Çünki yalan, ya nüfuz qazanmaq, ya da mənfəət üçün deyilər. Bir insan, insanların aciz qullar olduqlarını, onların rizasını deyil, Allahın rizasını qazanmağın əhəmiyyətli olduğunu qavradığı zaman, yalan danışmasının mənası və səbəbi də qalmayacaq.