İslam alimlərinin yalanın zərərləri ilə əlaqədar sözləri

Qəzali: "Yalan böyük günahların analarındandır. İnsan yalançı tanınsa sözünə etimad edilməz, gözlərdən düşər, nəzərlərdə dəyərsiz olar. Yalanın çirkinliyini anlamaq istəsən, başqalarının yalanının çirkinliyinə bax, nəfsin ondan nə qədər nifrət duyacaq gör, yalanının sahibini nə qədər xor görəcəyinə, söyləyəcəyi yalanını nə qədər çirkin hesab edəcəyinə diqqət yetir... "

Münavi: "Yalanın çirkinliyi, arxasınca bütün fəvahişi (çirkinlikləri, qadağaları) gətirməsinə görədir. Yalanın tərk edilməsiylə fəvahiş də tərk edilər".

Bədiüzzaman Səid Nursi: "...Sidq (dürüstlük), İslamiyyətin həqiqi möhkəm təməlidir və ülvi səciyyələrinin rabitəsidir (əlaqəsidir) və hissiyyatı-ülviyəsinin mizacıdır (ülvi hislərin fitrətidir). O zaman həyatı-ictimaiyyəmizin (ictimai həyatımızın) əsası olan sidqi, dürüstlüyü içimizdə əhya edib (canlandırıb) onunla mənəvi xəstəliklərimizi müalicə etməliyik.

Bəli sidq və dürüstlük İslamiyyətin həyatı-ictimaiyyəsində (ictimai həyatında) ükdəyi-həyatiyəsidir (həyat düyündür). Riyakarlıq feli (hərəkəti) bir nəvi (bir cür) yalançılıqdır. Yaltaqlıq və süni hərəkət alçaqcasına yalançılıqdır. Nifaq və münafiqlik müzir (zərəli) yalançılıqdır. Yalançılıq isə: Sani-Zülcəlalın qüdrətinə böhtan atmaqdır. Küfr, bütün ənvaıyla (növləriylə) kizbdir, yalançılıqdır. İman, sidqdir, dürüstlükdür. Bu sirrə binaən (əsasən) kizb və sidqin ortasında hədsiz məsafə var. Şərq və qərb qədər bir-birindən uzaq olmalıdır. Nar (od) və nur kimi bir-birinə girməmək lazımdır...
Bu sidq və kizb, küfr və iman qədər bir-birindən uzaq, əsri-səadətdə sidq vasitəsilə Məhəmməd (s.ə.v)-in alayı-illiyinə (cənnətdə ən yüksək dərəcəyə) çıxması və o sidq açarıyla iman həqiqətlərinin və kainat həqiqətlərinin xəzinəsinin açılması sirri ilə ictimayatı-bəşəri (insan cəmiyyəti) bazarında sidq ən rəvaclı (qiymətli) bir mal və satın alınacaq ən dəyərli meta (əşya) hökmünə keçib.

Həmçinin kizb vasitəsilə Müseyləmə Kəzzabın əmsalı (bənzəri), əsfəli-safilinə (cəhənnəmin ən aşağı təbəqəsindəkilər) sükut etmiş və kizb o zamanda küfrün və xurafatların açarı olduğunu o inqilabı-əzm (genişmiqyaslı dəyişiklik) göstərdiyindən kainat bazarında ən fəna (pis), ən pis bir mal olub, o malı satın almaq deyil; hər kəs nifrət etməsi hökmünə keçən kizb və yalana,... Səhabələr; əlbəttə, şübhəsiz ki, bilərək əllərini yalana uzatmazlar. Kizblə özlərini müləvvəs etməzlər (çirkləndirməzlər). Özlərini Müseyləmə Kəzzaba bənzətməzlər...

Nəcat (qurtuluş) təkcə sidqlə, dürüstlüklə olar. "Ürvətülvüska" sidqdir. Yəni ən möhkəm və onunla bağlanacaq zəncir dürüstlükdür..."

"Yalan, bir ləfzi-kafirdir (inkarçı, haqqı örtən sözdür).
Bir dənə sidq, yandırar milyonla yalanı. Bir danəyi-həqiqət (həqiqət dənəsi), darmadağın edər qəsri-xəyalı (xəyal sarayını). Sidq böyük əsasdır, bir cövhəri-ziyalıdır (parıldayan cövhərdir).

Yeri verər sükuta, əgər çıxsa zərərli... Yalana heç yer yoxdur, çəndan (nə qədər) olsa faydalı. Hər sözün doğru olsun, hər hökmün haqq olmalı.
Lakin haqqın ola bilməz, hər doğrudan danışmaq... Gözəl gör, həm gözəl bax. Ta gözəl düşünməli. Gözəl bil, həm gözəl düşün. Ta ləziz həyatı tapmalı.

Həyat içində həyatdır, hüsn-zənndə əməli. Sui-zənnlə yeisdir (ümidsizlikdir): səadət mühərribi (səadəti yox edən), həm də həyatın qatili".

Mehmed Zahid Kotku: "münafiqin əlaməti üçdür: danışdığı vaxt yalan söyləyər, vəd verdikdə vədindən dönər və əmanət edilən şeyə xəyanət edər". Məhz çox sadə kimi görünən bu çox çirkin üç xasiyyət hər kimdə olsa, ona dərhal münafiq adını verməkdə heç tərəddüd etmərik.
Münafiqlik iki qisimdir: biri əməli nifaq, biri də etiqadı nifaqdır ki, bu ən ağırıdır. Hər ikisinin də əlaməti qeyd edilən bu üç şeydir.
Əvvəla yalan danışmaq, hər qövmün, hər millətin, hər şəxsin yanında olduqca pisdir. Dilimizdə: "yalançının şamı gecə namazına qədər yanar" deyərlər ki, işıq insana əsil gecə vaxtı lazımdır. Yalan danışsan gecə sənə lazım olacaq işıqdan məhrum qalarsan və bütün gecə qaranlıqda qalarsan, işığa ehtiyacın olduğu bir vaxtda işıq tapa bilməzsən deməkdir. Sonra yalan insanın üzünü qaraldar, hər yerdə adına yalançı deyərlər, sözünə, söhbətinə heç kim qulaq asmaz. Daha sonra sənin uşaqların da səndən yalanı öyrənərlər, onlar da yalançı olarlar. Daha sonra sənə heç kim etimad etməz, insanlar arasında etimadı itirmək qədər təhlükəli vəziyyət təsəvvür oluna bilməz. Daha sonra söz, insanın mayasıdır. Mayası necədirsə, sözü də elədir. Mayası, zatı xarab olanın sözləri də yalan olar. Zatı, mayası təmiz olanın sözü qızıl kimi qiymətlidir; həmişə doğru söyləyər, yalandan olduqca qorxar, qətiyyən söyləməz. Çünki; "insana yaraşan dürüstlükdür" deyər. Dürüst insanın köməkçisi də Allahdır. Buna zərrə qədər şübhə etmə. Quran bizə həmişə dürüstlüyü tövsiyə edər.

"Bizi doğru yola yönəlt". (Fatihə surəsi, 5)

Əsla unutma! Bütün nicat, səadət, dövlət, nemət həmişə dürüstlükdədir. Cənnət isə dürüstlərin məkanıdır. Haqqın rizası dürüstlükdədir.

Yalan, ilan kimi əyri-üyrü gedər, düzgün gedə bilməz. Buna görə də, hər kəs ondan qorxar, heç kim də sevməz.
...Bu gün dünya insanları içərisində, dinsizlər də var, başqa din sahibləri də var. Bunların heç biri yalanı sevməz. Dinsiz olduqları halda, axirətə inancları olmadığı halda yalan danışmayan kafirlərin də olduğunu unutma".

"Cənnət əhlinin işi həmişə doğru söyləmək, cəhənnəm əhlinin işi də yalançılıqdır. Allah hər birimizi yalandan və yalançılıqdan qorusun. Çünki yalan qəlbdə kiçik də olsa qara nöqtə, iz salar, sonra qəlbi zəbt edər, qəlb qapqara olar. Bundan sonra da bu insandan, əlbəttə, bir xeyir gəlməz. Nasın (insanların) xeyirlisi deyil, bəlkə də nasın (insanların) şərlisi olar. Təbii ki, bu zaman cənnət nasın (insanların) yaxşıları üçündür. Cəhənnəm də əksinə nasın (insanların) şərliləri üçündür".

Əbdülqadir Gilani: "Şeytan sənə nələr etmədi ki... Yalanı sənə sevdirdi. Səhv işləri sənin üçün bəzədi".

"Ayıb olsun sənə, xalqa dürüst olmağı söyləyirsən; lakin işin yalandır..."

"Dürüstlük yer üzündə Allahın qılıncıdır. Hansı şeyin üzərinə qoyulsa onu kəsər".

"Allah qulda dürüstlük istəyər. Ona çatmaq istəyənə mərifət nuru lazımdır. İrfan sahiblərinin qəlbində mərifət günəşi doğub. Bu Günəş gecə-gündüz sönməz. Bu günəşə sahib olanlar dürüst olarlar".

Abdullah ibn Abbas (r.ə): "dörd xüsusiyyəti daşıyan xeyir qazanmışdır: dürüstlük, həya, gözəl əxlaq və şükür".

Hz. Əli (r.ə): "Allah dərgahında ən böyük səhv, çox yalançı dildir. Ən yaman peşmançılıq da qiyamət günü duyulacaq peşmançılıqdır".

Hz. Ömər (r.ə): "bizim yanımızda sizin ən sevimliniz adlarınız, ən gözəl olanınız deyil, sizi görəndə ən xoşumuza gələnləriniz, ən gözəl xasiyyətdə olanlarınız olar. Sizi sınadığımız zaman, ən bəyəndiyimiz ən doğru danışanlarınız və əmanətə ən çox dəqiqlik göstərənlərinizdir".

"Yalanın insan üçün səviyyəsizlik olduğunu öyrəndiyimdən bəri yalan danışmamışam".

Hz. Aişə (r.ə): Peyğəmbər (s.ə.v)-in səhabələrinin xoşlarına gəlməyən ən pis əxlaqsızlıq yalan idi...

Meymuni ibn Əbu Şəbib: "bir gün oturub məktub yazırdım. O vaxt bir söz daha əlavə etmək vəziyyəti ilə üz-üzə qaldım. Əgər o sözü yazsam məktubu təmtəraqlı etmiş, lakin yalan danışmış olacaqdım. Sonra yazmamaya qərar verdim. Bundan sonra ağlıma İbrahim surəsinin 27-ci ayəsi gəldi: "Allah iman gətirənləri dünya həyatında və axirətdə möhkəm söz üzərində saxlayar, zalımları da azdırar. Allah istədiyini edər".

Malik ibn Dinar: "bir kitabda bunları oxumuşdum: Hər katibin danışdıqları əməli ilə müqayisə edilər. Əgər sözləriylə əməlləri üst-üstə düşərsə dürüst insan kimi qiymətləndirilər. Üst-üstə düşməzsə yalançı sayılar..."

 "Dürüstlük ilə yalan qəlbdə döyüş vəziyyətindədir. Biri digərini çıxardana qədər bu döyüş davam edər,"

Əbu Hüreyrə (r.ə): "İkiüzlünün Allah dərgahında etibarlı biri olması qeyri-mümkündür". .