Allah hər şeyi bilən, görən və eşidəndir

Yalan danışanların aldandığı məsələlərdən biri, Allahın hər şeyi görən və eşidən olduğunu bilməmələri və ya düşünməmələridir. Hər hansı səbəblə yalan danışan bir insan, ətrafındakıları aldada bilər, onları səhv bir şeyə inandıra bilər, bəzi şeyləri onlardan gizlədə bilər və öz aləmində qazanc təmin edə bilər. Lakin içindən keçənləri, həqiqətləri, doğruları, tək haqq-hesab çəkən, hər şeyə qadir, hər şeyi görən, eşidən və bilən Allahdan əsla gizlədə bilməz. Allah bunu bir ayəsində belə bildirir:

Onlar öz günahlarını insanlardan gizlədər, lakin Allahdan gizlədə bilməzlər... (Nisa surəsi, 108)

Lakin yalançı insan, ağlı və imanı qeyri-kafi olduğu üçün, heç nəyə gücü çata bilməyən, özləri də Allaha qul olan aciz varlıqları aldatdığı zaman, özünü xilas etdiyini zənn edər. Halbuki, yalanlarla aldatdığı insanların, özünə nə zərər, nə də fayda verməyə gücü çata bilməz.

Bu həqiqət bilən bütün möminlər, ağıllarından keçən hər şeyin, bütün söylədiklərinin, öz özlərinə gizlətdiklərini güman etdikləri hər şeydən Allahın xəbərdar olduğunu bilməli və hər an bu həqiqətə görə hərəkət etməlidirlər. Çünki Allah hər şeyi görən və biləndir. Bu həqiqəti xəbər verən bəzi ayələrdə Allah belə buyurur:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? (Öz aralarında gizli yığıncaqlar təşkil edib) pıçıldaşan üç nəfərin dördüncüsü, beş nəfərin də altıncısı mütləq Odur. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

(Allah,) Gözlərin xainliklərini və kökslərin gizlətdikləri bilir. (Mümin surəsi, 19)

Məgər onlar, gizlətdiklərini və aşkar etdiklərini, Allahın bildiyini görmürlər? (Bəqərə surəsi, 77)

Şübhəsiz ki, yerdə və göydə heç nə Allahdan gizli qalmaz. (Ali İmran surəsi, 5)

Göylərdə və yerdə Allah Odur. Gizlətdiyinizi və aşkar etdiyinizi bilir; qazandıqlarınızı da bilir. (Ənam surəsi, 3)